Müğənni Fədayə Laçın Moskvada oğlu Əhləmlə işlətdiyi restoranı bağladığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "Rəngarəng səhər" verilişinə müsahibəsində deyib.
Rusiyaya köçüb orada musiqi fəaliyyətini davam etdirən sənətçi restoran biznesi ilə vidalaşdığını söyləyib:
"Rusiyaya təzə gedəndə restoran biznesinə əl qoyduq, amma sonradan gördük ki, bu iş bizlik deyil. Bu restoran işinə Əhləmə görə başladıq ki, o iş adamı olsun. O da şair, incəsənət adamıdır. Dedi ki, “ana məndən iş adamı olmaz”. Sonra da gördük ki, restoran biznesi bizlik deyil və onu bağlamağa qərar verdik".
F.Laçın restorana görə hətta borca-xərcə düşdüyünü bildirib:
"Bəli, borca düşdük, amma zamanında restoranı bağlamasaydıq, daha çox ziyana düşərdik. Elə ona görə də restoranı bağladıq. 1 milyon rubldan bir az artıq (17800 manat) ziyana düşdük. Ömür boyu mən ziyana düşə-düşə gedirəm".
Sənətçi təməlli Vətənə geri dönəcəyi ilə bağlı suala belə cavab verib: "Bax, bunu deyə bilmərəm. Bunu Allah bilir. Gələcək haqqında bir söz deyə bilmirəm. Allah nə zaman qismət edərsə, qayıdaram Bakıya. Amma hələ Moskvadayam".
Fədayə Moskvada özünə ev almadığını deyib: "Hələ ev almamışam. Çünki orada hər şey bahadır. Ev almaq heç də asan iş deyil. Amma planlarımda var və məqsəd də odur".
Sənətçi Azərbaycan şou-biznesi ilə maraqlanmadığını bildirib:
"Heç kimi izləmirəm və heç kimdən xəbərim də yoxdur. Şou-biznesdə baş verən hadisələrdən xəbərim yoxdur. Onlar heç mənə maraqlı da deyil. Kimə lazımdır axı? Heç maraqlı da deyil"
- A-
- A
- A+
Şoutaym
19:15 / 23.10.2023
Vətənə qayıdan Fədayə: "Moskvada 1 milyon ziyana düşdüm" - VİDEO
Hazırda oxunan: Vətənə qayıdan Fədayə: "Moskvada 1 milyon ziyana düşdüm" - VİDEO
Hazırda oxunan: Vətənə qayıdan Fədayə: "Moskvada 1 milyon ziyana düşdüm" - VİDEO
161173
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.