Alla Puqaçova uşaqları ilə birgə İsraildən qaçıb, Kiprə köçdü

Alla Puqaçova uşaqları ilə birgə İsraildən qaçıb, Kiprə köçdü

Hazırda oxunan: Alla Puqaçova uşaqları ilə birgə İsraildən qaçıb, Kiprə köçdü

161094

Rusiyanin Xalq artisti Alla Puqaçova övladları Liza və Harri ilə birlikdə İsraildən qaçıb. 

Bizim.Media “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi sənətkar bunun üçün Kipr pasportundan istifadə edib.  

Müğənni və onun övladları gələn ili adada keçirəcəklər. 

2017-ci ildə Alla Borisovna Kiprdə dəniz sahilində villa alıb. O, əmlaka iki milyon dollardan çox pul ödəyib, ona görə də avtomatik olaraq bu ölkənin vətəndaşlığını alıb. Liza və Harriyə də Kipr pasportu verilib. 

Puqaçovanın çox sevdiyi İsraildən köçməsi və burada keçirdiyi stress  onu depressiyaya salıb. Bu səbəbdən ulduzun keç kimlə ünsiyyət qurmadığı deyilir. 

Xatırladaq ki, bir müddət əvvəl A.Puqaçovanın əri, şoumen Maksim Qalkin sosial şəbəkə hesabında ailəsi ilə birlikdə İsraili tərk etmək niyyətində olmadığını bildirərək, bunları qeyd etmişdi:  

“Alla, mən və uşaqlarımız İsrail xalqına bu işdə həqiqətən dəstək olmaq istəyirik. Fəxr edirik ki, biz indi belə vahid millət və dövlətlə bağlıyıq”.  
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və iki övladı ilə bərabər Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək, İsrailə köçüblər. Onların hətta İsrail vətəndaşlığı aldığı da ortaya çıxıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO