Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə TUTULDU – FOTO  

Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə TUTULDU – FOTO  

Hazırda oxunan: Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə TUTULDU – FOTO  

161082

Keçmiş məhkum Masallıda külli miqdarda narkotiklə tutulub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. 

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi “Subaru Forester” markalı avtomobildə saxlanılıb. 

Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə X.Abasov barəsində həbs qətimkan tədbiri seçilib. 
Hazırda faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO