Baş nazir Nikol Paşinyan Ermənistan iqtisadiyyatı üçün dəmir yolunun vacibliyini bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Nikol, bizi zorakılıqla boğa biləcəyini düşünmə” - Müxalifətçi Baş nazirə səsləndi
Baş nazirə görə, ölkənin uzunmüddətli proqramı müharibə deyil, sülh olmalıdır.
"Uzunmüddətli proqram elə olmalıdır ki, bölgəyə fərqli bir nöqteyi-nəzərdən baxmalıyıq". O, Armavir bölgəsində sakinlər qarşısında çıxış edərkən vurğulayıb.
Hökumət başçısı bildirib ki, erməni tərəfi bölgədə baş verənləri qiymətləndirməli, mövqeyinə yenidən baxmalıdır.
Baş nazirin sözlərinə görə, bütövlükdə bölgədəki atmosfer dəyişikliyinə nail olmaq lazımdır.
“Ölkəmizin dəmir yolu olmalıdır, çünki onsuz iqtisadiyyatımız Sovet Ermənistanı dövründəki kimi güclü olmayacaq”. Nikol Paşinyan belə deyib.
O, ölkənin bütün iqtisadiyyatının hazırda bir yoldan - Yuxarı Larsdan asılı olduğunu qeyd edib.
Bizim.Media