FHN şadlıq sarayında baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - FOTO/VİDEO

FHN şadlıq sarayında baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - FOTO/VİDEO

Hazırda oxunan: FHN şadlıq sarayında baş verən yanğınla bağlı MƏLUMAT YAYDI - FOTO/VİDEO

160923

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranıda yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda toy keçirilən restoranda yanğın olub - VİDEO


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın dam örtüyünə və restoran binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində binanın üzlüyü 3m² sahədə yanıb, restoran binası yanğından mühafizə olunub. Restoranda olan 260 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. 

Xəsarət alan yoxdur. 
 








Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO