Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib – FOTO  

Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib – FOTO  

Hazırda oxunan: Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib – FOTO  

160881

“Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, (red. həmin şəxsləri) tapıblar. 3 gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Haqqında təhqir dolu ifadələr yazanları hüquq mühafizə orqanlarına şikayət edən sənətçi bildirib ki, onlardan biri ruhi - əsəb xəstəsi olduğunu üçün dispanserə yerləşdirilib:    

“Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladalarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb.

Siz də gəlib üzr istəyəcəksiz, bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır”.  

 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO