Erməni bloger: “Fəlakətimizindən qaçmaq üçün Paşinyan sülhə imza atmalıdır”

Erməni bloger: “Fəlakətimizindən qaçmaq üçün Paşinyan sülhə imza atmalıdır”

Hazırda oxunan: Erməni bloger: “Fəlakətimizindən qaçmaq üçün Paşinyan sülhə imza atmalıdır”

160875

“Zəngəzur təhlükədədir. Olanlara məhəl qoymamağa və illüziyalarla yaşamağa davam etsək, regional oyunçular bizim iştirakımız olmadan qərarlar qəbul edəcək və nəticədə onları bizə acı yemək kimi təqdim edəcəklər (red. məcburi qəbul etdirəcəklər)”. 

Bizim.Media “caliber.az”a istinadən xəbər verir ki, bu barədə bloqqer Vahe Ağacanyan “Facebook” səhifəsində Ermənistanın “3+3” formatında görüşə dəvət almasını şərh edərkən yazıb. 

“Fəlakətdən qaçmaq mümkündürmü? Bəli! Əminliklə demək olar ki, hazırda faciədən qaçmaq üçün real imkan var. Bunun üçün hakimiyyətimiz gecə-gündüz Rusiya və İranla işləməli, sonra məsuliyyəti öz üzərinə götürməli və sülh müqaviləsi imzalamaqla real həll yoluna getməlidir.

Nikol Paşinyan dəfələrlə bəyan edib ki, sülh sazişinin təminatçıları olmalıdır. Bu, düzgün yanaşmadır və Rusiya və İranı sülh müqaviləsi prosesinə, Azərbaycan və Türkiyəni isə təkcə vasitəçi kimi deyil, həm də bu müqavilədə imzaları olacaq zamin kimi cəlb etmək lazımdır. 
İstənilən halda sülh müqaviləsi imzalanacaq, amma indi onu başqa ölkənin paytaxtında imzalamaq, məqbul sənədə sahib olmaq mümkündürsə, o zaman gecikmə, qərarsızlıq olmamalıdır”, – bloqqer yazıb. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO