Rusiyaya gedən alternativ yolda yük maşınlarının keçidi MƏHDUDLAŞDIRILACAQ – RƏSMİ – FOTO/VİDEO    

Rusiyaya gedən alternativ yolda yük maşınlarının keçidi MƏHDUDLAŞDIRILACAQ – RƏSMİ – FOTO/VİDEO    

Hazırda oxunan: Rusiyaya gedən alternativ yolda yük maşınlarının keçidi MƏHDUDLAŞDIRILACAQ – RƏSMİ – FOTO/VİDEO    

160861

Artıq bir neçə gündür ki, Xaçmazın Qudyalçay körpüsünün yaxınlığında  çəkilən müvəqqəti alternativ yol sürücülərin istifadəsinə verilib.  

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, indi nəqliyyat vasitələri Xudat-Rusiya sərhədi və Xaçmaz-Bakı istiqamətinə uçan körpünün yanından yeni salınmış yoldan keçməklə hərəkət edirlər. 

Müşahidələrimiz zamanı alternativ yoldan sürücülərin rahatlıqla keçdiklərini gördük. Onlar körpü uçandan sonra Qımılqışlaq kəndi istiqamətindən alternativ kimi təklif edilən 6 km çınqıllı yolla müqayisədə, bu yolun çox sərfəli olduğunu deyirlər. 

Müşahidələrimiz zamanı iri tonnajlı yük maşınlarının da bu yoldan istifadə etdikləri diqqətimizdən yayınmadı.  
Xaçmaz rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, alternativ yolun yük maşınlarının keçməsi səbəbindən çökməsi mümkün deyil. Bunu baxmayaraq, qarşıdakı həftənin ilk günündən yük avtomobillərinin keçidinə məhdudiyyət qoyulacağı barədə qərar verəcəyik. 

Hələliksə, yeni inşa edilən körpünün inşası sürətlə davam edir. 
 













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO