Xüsusi təyinatlılarımız Türkiyə ilə birgə TƏLİMLƏRDƏ – VİDEO  

Xüsusi təyinatlılarımız Türkiyə ilə birgə TƏLİMLƏRDƏ – VİDEO  

Hazırda oxunan: Xüsusi təyinatlılarımız Türkiyə ilə birgə TƏLİMLƏRDƏ – VİDEO  

160860

Ölkəmizdə keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər. 
Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. 

"Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminin məşqləri davam edir. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO