Bu gün Özbəkistanın Səmərqənd şəhərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi nümayəndə heyətlərinin, MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətləri iştirak edirlər.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, MDB iştirakçısı olan dövlətlərin hərbi nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı maraq doğuran müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, habelə MDB ölkələrinin sərhədlərinin perimetri üzrə yaranmış hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.
Bizim.Media