Dünya çempionu futboldan 2 illik uzaqlaşdırıldı

Dünya çempionu futboldan 2 illik uzaqlaşdırıldı

Hazırda oxunan: Dünya çempionu futboldan 2 illik uzaqlaşdırıldı

160799

Argentina millisinin üzvü Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Montsa"nın yarımmüdafiəçisinin antidopinq qaydalarını pozmasıdır. 

Ötən ilin noyabrında “Sevilya”da çıxış edərkən Qomesin dopinq-testində qadağan olunmuş maddə aşkar edilmişdi. İdmançı iddia edir ki, həmin vaxt özünü pis hiss edib və həkimlərlə məsləhətləşməzdən əvvəl övladı üçün nəzərdə tutulan öskürək siropu içib. 
Qeyd edək ki, Papu Qomes Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO