Qəhrəman Tapdıq... - FOTO 

Qəhrəman Tapdıq... - FOTO 

Hazırda oxunan: Qəhrəman Tapdıq... - FOTO 

160793

Sonuncu dəfə avqustun ortalarında görüşdük. Yağışlı bir gün idi. Kənd yolunun kənarındakı kollardan böyürtkən yığırdı. Maşını saxlayıb "ay Tapdıq, yağış yağıre, elə bil" dedim… 

Bizim.Media news.milli.az-a istinadən Vətən müharibəsi şəhidi haqqında yazını olduğu kimi təqdim edir: 

O isə gülə-gülə "müəllim, görmürsən islanmışam. İslanmışın da  yağışdan qorxusu olmaz" dedi. 

Əslində mən sadəlövhlük eləmişdim. Mərmi yağışından qorxmayıb Vətənin suverinliyi üçün düşmənin üzərinə göz qırpmadan gedən biri adi yağışındanmı qorxacaqdı?  

Onun da arzuları vardı. Qarlı qış axşamlarında yağışlı bir yay günü yığdığı böyürtkənlərdən bişirilən mürəbbə ilə 5 yaşlı qızı ilə çay içmək. 

Hələ əlindən tutub onu məktəbə aparmaq... Alnından öpüb gəlin yola salmağı demirəm. Amma arzularının ən böyüyü hər kəsdən, hər şeydən çox sevdiyi Azərbaycanın suverenliyi və öpüb alnına qoyaraq and içdiyi üçrəngli bayrağın Vətənimizin hər guşəsində dalğalanması idi. Bir də, bəziləri təkcə öz 5 yaşlı qızını deyil, Vətənin bütün övladlarını düşünər. Onların xoşbəxt gələcəyi üçün canını fəda edər... 

Tapdıq kimi. 

O, Vətən borcunu şərəflə ödədi. Yetər ki, biz ona, onlara olan borcumuzu unutmayaq. 

Unutmayaq ki, torpağa şəhid qanı töküldükdə Vətən olur. Müzəffər Ordumuzun növbəti qələbəsi uğrunda Xaçmaz rayonu Qıraqlı kəndinin daha bir sakini şəhadətə qovuşdu. Şükür olsun, qanı yerdə qalmadı! Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda keçirilən antiterror tədbirləri terrorçuların ağ bayraq qaldırması ilə yekunlaşdı. Bu uğurda biz də bir kəndlimizi itirdik, ancaq bir qəhrəman tapdıq. 

Gələcək nəsillərə örnək göstərə biləcəyimiz bir qəhrəman - Tapdıq! 

Ruhun şad olsun, Tapdıq! 

Rahat uyu! Qızın VƏTƏNə əmanət! 





Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO