Azərbaycanda ilk dəfə Zəngilan Şəhəri Günüdür

Azərbaycanda ilk dəfə Zəngilan Şəhəri Günüdür

Hazırda oxunan: Azərbaycanda ilk dəfə Zəngilan Şəhəri Günüdür

160681

Oktyabrın 20-si Azərbaycanda  ilk dəfə Zəngilan Şəhəri Günüdür. 

Bizim.Media xəbər verir ki, bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 

Belə ki, bu gün həm də şəhərin erməni işğalçılarından təmizlənməsinin 3-cü ildönümüdür. 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. 

Qeyd edək ki, məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO