Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək - RƏSMİ

Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək - RƏSMİ

Hazırda oxunan: Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək - RƏSMİ

160609

Şuşa şəhərində nəqliyyatın hərəkəti minimuma endiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.

"Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür. Planlaşdırma elədir ki, əlçatan məsafədədir və 15-20 dəqiqə ərzində hər hansı yerə çatmaq mümkündür.
Şəhərdə planlaşdırılan yaşayış evləri 3-4 mərtəbəlidir və yaşayış evlərində birinci mərtəbədə yaşayacaq insanlar üçün həyətyanı sahə mövcuddur. Şuşada 196 memarlıq abidəsi mövcuddur. Bütün abidələr qorunub saxlanacaq. Şuşanın xüsusilə müsəlmanlar yaşayan 17 məhəlləsi memarlıq abidələri ilə zəngindir", - deyə İlqar İsbatov vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO