Mikroavtobus sürücüsü gecə Lənkərandan Astaraya sərnişin daşıdı - POLİS SAXLADI

Mikroavtobus sürücüsü gecə Lənkərandan Astaraya sərnişin daşıdı - POLİS SAXLADI

Hazırda oxunan: Mikroavtobus sürücüsü gecə Lənkərandan Astaraya sərnişin daşıdı - POLİS SAXLADI

16058

Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.

Nazirlər Kabinetinin bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qəbul etdiyi qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərdə narkotik aşkarlandı – Polis əməliyyat keçirdi - FOTO 


DİN Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.

Lənkəran rayon sakini S.Xudiyevin karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Benz" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılarkən orada 15 sərnişinin olduğu müəyyən edilib.

Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO