Abşeronda unlu qənnadı məmulatlar istehsal edən müəssisə bağlandı – FOTO

Abşeronda unlu qənnadı məmulatlar istehsal edən müəssisə bağlandı – FOTO

Hazırda oxunan: Abşeronda unlu qənnadı məmulatlar istehsal edən müəssisə bağlandı – FOTO

160576

Abşeronda unlu qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Əhməd oğluna məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. 

Belə ki, müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb. 
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati tədbir görülüb, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. 









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO