Kafedə atışma: bir nəfər yaralandı – Polis cinayətkarları axtarır - FOTO

Kafedə atışma: bir nəfər yaralandı – Polis cinayətkarları axtarır - FOTO

Hazırda oxunan: Kafedə atışma: bir nəfər yaralandı – Polis cinayətkarları axtarır - FOTO

16048

Sankt-Peterburqun Poselkovaya küçəsindəki bir kafedə baş verən atışma nəticəsində bir nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Sankt-Peterburq və Leninqrad bölgəsindəki polis idarəsinin mətbuat xidmətinə istinadən yayıb.

"Polis əməkdaşları Şuşaridəki münaqişə iştirakçılarını axtarır. Yaralı kişi xəstəxanaya yerləşdirilib". Mesajda belə deyilir.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da atışma - Yaralılar var 


Mənbə bildirir ki,  martın 26-da polisə Şuşari kəndində Poselkova küçəsindəki bir kafedə atışma ilə bağlı mesaj gəlib.

Polis əməkdaşları müəyyənləşdirib ki, saat 20.20 radələrində kafenin önündə ziyarətçilər arasında dava düşüb və atışma olub.

Daha sonra zərərçəkən qarın nahiyəsindən və sol budundan orta dərəcədə ağır vəziyyətdə güllə yarası alaraq xəstəxanaya aparılıb.

İnsidentlə bağlı cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO