Əli Mirəliyev efirdə aparıcı Rövşanəni sevdiyini etiraf etdi - VİDEO

Əli Mirəliyev efirdə aparıcı Rövşanəni sevdiyini etiraf etdi - VİDEO

Hazırda oxunan: Əli Mirəliyev efirdə aparıcı Rövşanəni sevdiyini etiraf etdi - VİDEO

160412

Müğənni Əli Mirəliyevin aparıcı Rövşanə Ağasəfqızını sevdiyi üzə çıxıb.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

Müğənni bildirib ki, aparıcıya eşqini etiraf etsə də, o, bunu xoş qarşılamayıb. 

“Mən Rövşanəni efirdə indi görəndə onu tanımadım. Arıqlayıb və daha da gözəlləşib. Dəyişilib... Onu yeni çıxan müğənnilərə bənzətdim. Sən demə, bu, Rövşanənin özü imiş (gülür). Hansı ki, vaxtında mən Rövşanəni sevmişəm.

Onu həqiqətən də qəlbimdə sevirdim. Amma onu indi sevmirəm. Çünki ona sevgimi etiraf edəndə mənə “Yox ki, yox” cavabını verib və əlindəki qabı yerə çırpıb. Ondan sonra anladım ki, insanlarda etibar yoxdur, çiy süd içiblər. Amma bu sözlərim Rövşanəyə aid deyil. Yarımçıq insanlaradı. Burada söhbət Rövşanədən yox, nakam sevgimdən gedir”. 

Bu anda Elgiz “Bəs evdəki müəllimə həyat yoldaşınız?” sualına müğənni “Evdəki xanımımın qadasını alım. O hər zaman evdə olacaq. Onu mən dəyişə bilmərəm. Elə bir şey var ki, o kişilərdə dəyişilmir” cavab verib.  

Proqramda ekspert qismində əyləşən Rövşanə Ağasəfqızı “Bəs mən kim olacağam?” sözlərinə Əli Mirəliyev “Kurtuluş Osman” serialında qəhrəmanın 3-4 həyat yoldaşı var. Sən də onlardan olardın. Mən Rövşanəyə sevgimi etiraf edəndən sonra telefonda nömrəmi “bloka” atdı” deyə firkini ifadə edib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO