Britni Spirs Castin Timberleykdən hamilə qalıbmış - FOTO

Britni Spirs Castin Timberleykdən hamilə qalıbmış - FOTO

Hazırda oxunan: Britni Spirs Castin Timberleykdən hamilə qalıbmış - FOTO

160398

Qalmaqallı həyat tərzi ilə tanınan pop ulduz Britni Spirsin oktyabrın 24-də memuarlarından ibarət kitabı işıq üzü görməmiş artıq böyük səs-küy yaradıb.  

Bizim.Media xəbər verir ki, bu gün məlum olub ki, pop şahzadə keçmiş sevgilisi Castin Timberleykdən abort etdirdiyini etiraf edib.  

Müğənni bu sirri 20 il saxlayıb. 

Eyni zamanda Britni hamiləlik xəbərinin onun üçün sürpriz olduğunu, lakin faciə olmadığını qeyd edib. Castin isə bu xəbəri kəskin şəkildə mənfi qəbul edib. Bildirilir ki, hamiləliyi sonlandırmaqda israrlı olan müğənni olub. 

Ancaq Castin hamiləlikdən qətiyyən razı deyildi. Dedi ki, biz həyatımızda övlad sahibi olmağa hazır deyilik, çox gəncik”, - deyə “People” nəşri vurğulayıb. 

Qeyd edək ki, Britni Spirs 1999-cu ildə 17 yaşında 18 yaşlı Castin Timberleyklə görüşməyə başlayıb. Ulduz cütlük 2002-ci ildə ayrılıb.


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO