Azərbaycanda bu hallarda təyyarələrin uçuşuna icazə LƏĞV EDİLƏCƏK 

Azərbaycanda bu hallarda təyyarələrin uçuşuna icazə LƏĞV EDİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanda bu hallarda təyyarələrin uçuşuna icazə LƏĞV EDİLƏCƏK 

160391

Hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən icazələrin ləğv edilməsi halları müəyyənləşir. 

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub. 

Qanuna əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini həyata keçirmək üçün verilən icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır: 

- icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 

- icazənin müddəti bitdikdə; 

- icazənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 

- icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 

- məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda; 

- icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 

- icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda və ya yerinə yetirilmədikdə; 

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş yoxlamalarının nəticələrindən asılı olaraq müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda; 
- istismarçı sertifikatının müddəti bitdikdə. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO