Paşinyan hər çıxışında Rusiyanı müharibəyə təhrik edir - “Hraparak”ın baş redaktoru

Paşinyan hər çıxışında Rusiyanı müharibəyə təhrik edir - “Hraparak”ın baş redaktoru

Hazırda oxunan: Paşinyan hər çıxışında Rusiyanı müharibəyə təhrik edir - “Hraparak”ın baş redaktoru

160388

“Baş nazir Paşinyan, siz müharibə istəmirsiniz, amma Zelenskinin və Ukraynanın yolunu tutmusunuz. Hər çıxışınızda rusları müharibəyə təhrik edirsiniz, onları günahlandırırsınız”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan yazıb.

“Siz Bişkekə yox, Qranada və Strasburqa gedirsiniz. Siz Qarabağdakı qondarma rejimin məğlubiyyətinə və kapitulyasiyasına görə Rusiya və Putini günahlandırırsınız. Siz Belarus prezidentinin qatı düşməni ilə görüşürsünüz.
Bu addımlar təsirsiz ötüşmür. Sizin Azərbaycan və Türkiyədən heç də zəif olmayan yeni düşmənləriniz var. Qərb Zelenskini dəstəklədiyi kimi sizə də dəstək verməyə hazırdırmı?”, - məqalədə deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO