Saakaşvilidən Paşinyana xəbərdarlıq: “Vaxtınız azdır, Azərbaycanla sülh müqaviləsi imzalamalısınız”

Saakaşvilidən Paşinyana xəbərdarlıq: “Vaxtınız azdır, Azərbaycanla sülh müqaviləsi imzalamalısınız”

Hazırda oxunan: Saakaşvilidən Paşinyana xəbərdarlıq: “Vaxtınız azdır, Azərbaycanla sülh müqaviləsi imzalamalısınız”

160379

“İlk dəfədir ki, sizə açıq şəkildə müraciət edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. Rusiya ilə və bu yaxınlarda MDB sammitində bu təşkilatın dağılmasında məni praktiki olaraq günahlandıran Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq sizə bir neçə məsləhət verim. Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz. Putinin terminologiyası ilə desək, rəngli inqilabla. İnanın ki, nə qədər sədaqətli olduğunuzu bəyan etsəniz də, o, sizi heç vaxt bağışlamayacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri Mixail Saakaşvili Facebook səhifəsində yazıb.

"Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin (Statut) ratifikasiyasından sonra o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək.
Çox az vaxtınızın olduğunu xatırlamaq lazımdır. Hakimiyyətə gələndən sonra siz əsaslı islahatlar apara bilmədiniz. İndiki dövlət aparatınız həqiqətən də Kremlin beşinci kolonudur. Avropaya inteqrasiyada gecikmisiniz.

Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik. Açıq sərhədlərlə, hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməlisən,  tərəddüd etməməlisən. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin. MDB, KTMT, Gömrük İttifaqından çıxın, Avropa İttifaqı və NATO-ya müraciət edin.

2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozu ilə birlikdə İrəvana uçduq və boş yerə sələfinizi Moskvanın himayəsi altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmağa çalışdıq.

Və nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız.

Şəxsi cəsarətinizlə ümid edirəm ki, Putinə sizi, eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz.

Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”, deyə o, qeyd edib.

Xatırladaq ki, altı il həbs cəzası alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırda Rustavi həbsxanasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO