Fərid Şahbazlı: “Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə erməni terrorizmi darmadağın edildi”

Fərid Şahbazlı: “Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə erməni terrorizmi darmadağın edildi”

Hazırda oxunan: Fərid Şahbazlı: “Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə erməni terrorizmi darmadağın edildi”

160315

“Oktyabrın 15-də şanlı tariximizə daha əlamətdar bir səhifə əlavə olundu. Qarabağda – Xankəndi şəhərində Azərbaycan Respublikasının üçrəngli bayrağı qaldırıldı. Təxminən 30 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı ona məxsus bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi.

Xankəndidə -illərdən bəri şərin və xəyanətin, erməni terrorizminin və separatizminin yuvasına çevrilmiş bu şəhərdə Azərbaycan bayrağının qaldırılması və Azərbaycanın dövlət himninin səsləndirilməsi uzun və çətin qələbə marafonunun ən parlaq səhifəsinə çevrildi. Tarixi ədalət bərpa edildi. Artıq dağlı-aranlı bütün Qarabağ həm de-yure, həm də de-fakto Azərbaycan Respublikasının ayrılmaz bir parçasıdır.

200 il bundan əvvəl çar Rusiyasının işğalçılıq siyasəti fonunda İrandan, Osmanlı imperiyasından köçürülən ermənilərlə məskunlaşdırılan bu torpaqlar artıq öz əsl sahiblərini qoynuna alıb rahat nəfəs alacaqdır”. 

Bizim.Media editor.az-a istinadən xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.  

Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə başlanan qələbə estafeti 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı ilə sona çatdı: 

“Bu tarixi hadisənin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf etməsinin böyük rəmzi məna daşıdığını xatırladan Cənab Prezident, eyni zamanda heç bir tarixi, coğrafi və siyasi əsası olmayan, paslı bir xəncər kimi Azərbaycan xalqının köksünə saplanan qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin də 100 il bundan əvvəl yaradıldığını xatırlatdı.  
Lakin bu, sadəcə bir xatırlatma olmayıb, uzun illər ərzində ermənilərin əlinə silah verib günahsız insanları qırdıranlara, erməni separatizminə gizli-aşkar dəstək verənlərə, terrorçuları yedirdib bəsləyənlərə çox ciddi bir mesajdır: Qisas qiyamətə qalmaz! Haqq və ədalət gec də olsa öz yerini tutur. Əlbəttə ki, haqqın təntənəsi və ədalətin bərpası heç də asan başa gəlmədi. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etdi və buna görə də onun qiyməti və dəyəri daha böyükdür”. 

Fərid Şahbazlı bildirib ki, bütün bu prosesdə Prezident İlham Əliyevin çıxışları, mürəkkəb situatsiyalardakı verdiyi kritik qərarlar diplomatiya və xarici siyasət sahəsində təhsil alan, işləyənlər üçün əsl ustad dərsləridir:

“Hesab edirəm ki, Cənab Prezidentin xarici siyasət kursu yalnız tarix kitablarında deyil, eyni zamanda diplomatiya dərsliklərində də dərindən öyrənilməlidir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO