Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Avropa çempionatının seçmə mərhələsində 3-ü oyununu keçirib.
Bizim.Media xəbər verir ki, F qrupunda yer alan yığmamız Lüksemburqdan olan həmyaşıdlarıyla qarşılaşıb.
“Azərsun Arena”da baş tutan görüş Samir Əliyevin komandası 3-2 hesablı əzmkar qələbə qazanıb.
Xatırladaq ki, 21 yaşlılarımız startda səfərdə Serbiyaya 0:2, ardından evdə, elə "Azərsun Arena"da Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
17 oktyabr (çərşənbə axşamı) 18:00.
Azərbaycan - Lüksemburq - 3:2 (2-ci hissə)
Qol: N.Axundzadə, 41-pen, Y.Torres, 89-öz qapısına, A.Salyamski, 90+1 - R.Berberi, 45+4, LElşan, 54
Qol: F.Serkeyra, 9-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlana bilməyib.
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Denis Oala, Serqiu Boqdan
Dördüncü hakim: İqor Bosca (hamısı Moldova)
Bakı. "Azərsun Arena" stadionu
Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 3. Rüfət Əhmədov, 4. Cəlal Hüseynov, 3. Rüfət Əhmədov, 10. Veysəl Rzayev (k), 20. Emil Səfərov, 19. Samir Abdullayev, 17. Murad Vəliyev, 23. Ramin Nəsirli, 9. Nəriman Axundzadə
Baş məşqçi: Samir Əliyev
Lüksemburq: 12. Eldin Latik, 3. Fabio Lohei, 18. Migel Qonçavles, 22. Sofian İkene, 2. Yohann Torres, 16. Kleyton İriqoyen, 8. Fabio Serkeyra (k), 15. Massimo Aqostinelli, 21. Rayan Berberi, 9. Leon Elşan, 11. Selim Turpinq
Baş məşqçi: Dan Huet
Rəşad Rafiqoğlu, Bizim.Media