Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün təşkil olunan Füzuli səfəri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, H. Hacıyev paylaşımı özünün “X” hesabında edib.
“Diplomatik ictimaiyyətin iştirakı ilə füzulililər 17 oktyabr - Füzuli Şəhər Gününü qeyd edirlər. Bu xüsusi gündə, 2020-ci ildə Füzuli Ermənistanın 30 ildir davam edən hərbi işğalından azad edilib. Keçmiş məcburi köçkünlər və qaçqınlar yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər.
Sağ tərəfdə isə köhnə Füzulinin vəhşi xarabalıqları və işğalın faciəvi xatırlatması əks olunub”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Bizim.Media