Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirildi - FOTO 

Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirildi - FOTO 

Hazırda oxunan: Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirildi - FOTO 

160159

Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda dəyirmi masa keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Respublikanın əməkdar müəllimi Adil Məmmədov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin Göyay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, bir qrup rayon gənci iştirak ediblər. 

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Dəyirmi masanı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətindən bəhs edərək bildirib ki, bu gün Azərbaycan Respublikası iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilib.  
Həmçinin Zivər Zeynalova 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycanın qalib ölkəyə çevrilməsini və 20 ildən sonra məhz 15 oktyabr 2023-cü il tarixdə Xankəndində, Xocalıda, Xocavənddə Azərbaycan bayrağını ucaltmaqla ölkə prezidentinin xalqına verdiyi bütün vədlərin yerinə yetirildiyini vurğulayıb.  

Tədbirdə çıxış edən Respublikanın əməkdar müəllimi Adil Məmmədov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin Göyay rayonu üzrə gənclər və idman sektorunun müdiri və digərləri Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu qeyd ediblər. 

Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.  


 
Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO