Papa ermənilərə “PAPALIQ” EDİR... – Xristian dünyasına edilən çağırışın PƏRDƏARXASI

Papa ermənilərə “PAPALIQ” EDİR... – Xristian dünyasına edilən çağırışın PƏRDƏARXASI

Hazırda oxunan: Papa ermənilərə “PAPALIQ” EDİR... – Xristian dünyasına edilən çağırışın PƏRDƏARXASI

160111

Xəbər verdiyimiz kimi Roma Papası Fransisk Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb.Bu barədə o, Vatikanın Müqəddəs Pyotr meydanında bildirib. 

O, qeyd edib ki, Qarabağ böhranı ilə bağlı narahatlığı azalmayıb: 

"Mən bu regionda monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim. Ümid edirəm ki, onlar yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və fikir ayrılıqlarından asılı olmayaraq birlikdə yaşamağı mümkün edən qardaşlıq əlaməti olaraq qorunacaqlar". 
 

MÖVZU İLƏ BAĞLI:

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa çağırdı


Papa Fransisk nə demək istəyir?

Roma Papasının müraciətinin üstünə getməmək, sıradan bir çağırış kimi də qəbul etmək olardı. Amma son 150 ildə erməni vandalizmindən əziyyət çəkən bir xalqın nümayəndəsi kimi bu müraciətə cavab vermək çox vacibdir. Çünki Papa Fransisk bu bəyanatı humanist prinsipləri rəhbər tutaraq səsləndirməyib. Əgər Papa öz fikirlərində səmimi olsa idi bunu hər zaman və bütün dinlərə qarşı münasibətdə deyərdi. 

Məsələn, son 35 ildə Ermənistanda yox, hətta Azərbaycanın işğal altında olan 20 faiz ərazisində ermənilərin xalqımızın və dinimizin maddi-mənəvi irsinə qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə Papa Fransisk bir kəlmə də olsun narahatçılıq ifadə etməyib. Halbuki, azərbaycanlıların yüzlərlə dini inanc yerləri, məscidlər ermənilər tərəfindən dağıdılıb. Qalanlarındansa donuz tövləsi kimi istifadə edilib. 

Lakin nə Papa Fransisk, nə də onun sələfləri bu barədə heç zaman heç yerdə bir kəlmə belə danışmayıblar. Bu da təsadüfi deyil. Çünki İslam dininə məxsus rəmzlərin və atributların dağıdılması Vatikandan gələn tapşırıq kimi də qəbul edilə bilər. Ona görə də ermənilərin məscid və dini ibadət yerlərinə qarşı vandal hərəkətinə heç bir xristian ölkəsi bu vaxtadək münasibət bildirməyib. 

İşarəni Vatikandan gözləyin

Roma Papasının buna bənzər daha bir müraciəti isə 2020-ci ilin sonlarında olmuşdu. 44 günlük müharibədən sonra Vatikanın göstərişi ilə Qərb Azərbaycana qarşı çirkin kampaniyaya başlamışdı. Guya ki, işğaldan azad olunmuş ərazilərdəki “qədim” erməni tarixi abidələri və kilsələri azərbaycanlılar tərəfindən dağıdılır. 

Bir günlük lokal antiterror tədbirlərindən və Qarabağda bütün nəzarətin Azərbaycana keçməsindən sonra Papanın “narahatlığı” əslində 3 il əvvəlki siyasətin davamıdır. Bu yolla Vatikan xristian dövlətlərini Azərbaycana qarşı təzyiqləri artırmağa çağırır. 

Roma Papasının bu müraciətində bir bədxah niyyət də var. Papa Fransisk bu müraciəti ilə müsəlmanların nə qədər “vandal və dağıdıcı olduğunu” dünyaya “xatırlatmaq” istəyir. Guya ki, dini və mənəvi dəyərləri ancaq müsəlmanlar dağıdır. Xristianlarsa daha tolerantdır. 
Ona görə də Papa Fransiskin son çağırışı qərəzli, məqsədli və yönləndiricidir. Yəqin ki, yaxın günlərdə Qərbdən tapşırıqlı bəyanatlar eşidəcəyik. Yenə də erməni “tarixi abidələr”in dağıdılması ilə bağlı feyk xəbərlər aparıcı nəşrlərin manşetini bəzəyəcək.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO