Prezident Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB 

Prezident Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB 

Hazırda oxunan: Prezident Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB 

160059

*** 13:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

*** 18:37
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verilib. 
Bildirilib ki, üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq.

Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. 

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. 
Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. 

Dövlətimizin başçısı görüləcək işləri əks etdirən videoçarxa baxıb. 

Sonra Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO