Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir? – DOSYE 

Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir? – DOSYE 

Hazırda oxunan: Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir? – DOSYE 

160043

Polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib. 

Bizim.Media xəbər verir ki, general Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Polis general-mayoru Xankəndiyə komendant təyin edildi - FOTO


1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. 

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb. 

“Hərbi xidmətlərə görə”, “İgidliyə  görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var. 
Qeyd edək ki, ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar Səfərov Prezidentə raport verib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO