Uzun müddətdir səhhəti ilə əlaqədar ekranlardan ilim-ilim itən meyxanaçı Ələkbər Yasamallı üzə çıxıb.
Bizim.Media xəbər verir ki, söz xiridarı bu gün “Rəngarəng səhər” verilişinin qonağı olub.
Qeyd edək ki, ötən il noyabrın 9-da Ələkbər Yasamallı həmkarı Rəşad Dağlı tərəfindən bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirdikdən sonra gözlərdən itib.
Daha sonra qohumu Ələkbərin səhhəti ilə bağlı Almaniyaya getdiyi və orada müalicə aldığı bildirilib. O müddətdən etibarən söz xiridarı efirlərə çıxmayıb.
Xatırladaq ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.
Rəşad Əliyev, Bizim.Media