Müğənni Günay İbrahimli xanəndə Eldəniz Məmmədovla qohum imiş.
Bizim.Media xəbrə verir ki, bu haqda sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda ilk dəfə məlumat verib.
Günay bildirib ki, Eldənizlə uzaq qohumdurlar və ikisi də Füzuli şəhərindəndilər, yəni yerlidirlər.
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı verilişin gedişatında Günaya gözlənilməz sürpriz edib. O, Eldənizi verilişin çəkilişlərinin baş tutduğu villasına dəvət edib. Canlı yayımda Günay və Eldəniz görüşüblər. Hər iki müğənni nadir hallarda görüşdüklərini bildirsələr də lakin çox yaxşı dostluq münasibətlərində olduğunu söyləyiblər.
Həmin kadrları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media