Azərbaycan qurumlarının məsul əməkdaşlarının Türkiyəyə səfəri başa çatdı - FOTO

Azərbaycan qurumlarının məsul əməkdaşlarının Türkiyəyə səfəri başa çatdı - FOTO

Hazırda oxunan: Azərbaycan qurumlarının məsul əməkdaşlarının Türkiyəyə səfəri başa çatdı - FOTO

159986

Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.

Bizim.Media  xəbər verir ki, oktyabrın 14-də Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbə müdürlüyündə və "TRT World" televiziya kanalında görüşlər keçirilib.

Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə "TRT World" kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.

Səfər zamanı Türkiyənin Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Anadolu" Agentliyi, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçirilib.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO