Rusiya mətbuatı: “Lunyov “Qarabağ”da özünü çox rahat hiss edir”

Rusiya mətbuatı: “Lunyov “Qarabağ”da özünü çox rahat hiss edir”

Hazırda oxunan: Rusiya mətbuatı: “Lunyov “Qarabağ”da özünü çox rahat hiss edir”

159929

Rusiya mətbuatı "Zenit"in yetirmələrinin karyeraları barədə yazı dərc edib və burada "Qarabağ"ın qapıçısı Andrey Lunyovla Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevə də yer verilib.  

Bizim.Media xəbər verir ki, “Санкт-Петербургские ведомости” portalı Ağdam klubunun qolkiperi haqda bunları yazıb:

"Zenit"in heyəti Andrey Lunyovdan bu yana nəzərəçarpacaq dərəcədə dəyişib. O, əvvəlcə “Bayer”in (Leverkuzen) futbolçusu idi, amma sonda Almaniya klubunda cəmi iki rəsmi oyunda meydana çıxdı.

Sonradan isə daha aşağı statuslu Azərbaycan çempionatına keçdi. Amma Lunyov özünü "Qarabağ"ın bir hissəsi kimi kifayət qədər inamlı hiss edir və bu payız müntəzəm olaraq qapıda görünməyə başladı. Üstəlik, o, ikisi Avropa Liqası, ikisi ölkə çempionatı olmaqla, “Qarabağ”ın son dörd oyununun hamısında qapısının toxunulmazlığını qoruya bilib və demək olar ki, komandada əsas qapıçıya çevrilib".
Rusiyalı həmkarlarımız Şeydayevin "Qarabağ"dan ayrılaraq Taylanda yollanmasını isə belə şərh edib:

"Mövsümlərarası fasilədə Lunyov "Zenit"in digər keçmiş futbolçusu, yetirməsi Ramil Şeydayevlə komanda yoldaşı ola bilərdi. Amma Şeydayev karyerasını davam etdirmək üçün çox ekzotik variant seçərək, “Qarabağ”dan Tayland çempionatına getdiyindən bu oyunçuların yolları sözün əsl mənasında bir neçə həftə fərqlə kəsişmədi. O, artıq “Buriram Yunayted”də qol vurub, üç məhsuldar ötürmə edib. Asiya Çempionlar Liqasında da debütü gerçəkləşib. Düzdür, bütün bu nailiyyətlər artıq o qədər yüksək miqyaslı olmadığından, onları ətraflı nəzərdən keçirməyə dəyməz".

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO