Bakıda ən çox qəzalı vəziyyətdə olan bina bu rayonlardadır - VİDEO

Bakıda ən çox qəzalı vəziyyətdə olan bina bu rayonlardadır - VİDEO

Hazırda oxunan: Bakıda ən çox qəzalı vəziyyətdə olan bina bu rayonlardadır - VİDEO

159911

“Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Xəzər televiziyasına əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır.
Elnur Fərzəliyev açıqlayıb ki, ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonlarındadır.

Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, nəinki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var.

Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.

O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO