"Qarabağ Azərbaycan üçün bir nömrəli məsələdir. Bu gün ermənilər öz xislətlərinə uyğun olaraq hansısa manevrlər etmək istəyirlər. Balasanyan adlı bir təlxək gah deyir biz ordu qururuq, gah da Araik kimi tanınan terrorçu Qarabağda ev tikəcəklərini elan edir".
Bizim.Media xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı canlı yayımların birində açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Qarabağın bərpası üçün 200 milyon dollar ayırdı - Paşinyandan QƏRAR
Çıxışının davamında partiya sədri bildirib ki, "Putinin əl meymunu var - Paşinyan. O da deyir ki, qondarma rejimə pul ayıracam. Belə vəsait ayıransansa acından ölən Ermənistan vətəndaşlarına yardım elə.
İkincisi Qarabağ Azərbaycan ərazisidir və orada rəsmi Bakının icazəsi olmadan bir daşı daş üstdə qoymaq olmaz", deyə Tural Abbaslı İrəvanın Dağlıq Qarabağın yenidənqurmasına pul ayırmaq qərarına münasibət bildirib.
Anar Rəhimov, Bizim.Media