Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.
Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Bizim.Media