"ATƏT-ə nifrət edirəm. Serj Sarqsyan canidir" - Erməni fəal "revanşist sistemin kralları"nı AÇIQLADI

Hazırda oxunan: "ATƏT-ə nifrət edirəm. Serj Sarqsyan canidir" - Erməni fəal "revanşist sistemin kralları"nı AÇIQLADI

15950

"Serj Sarqsyan ona görə prezident seçilmişdi ki, Qarabağda sülh olmasın"

Bizim.Media xəbər verir ki, bu sözləri erməni fəal İşxan Verdyan "YouTube" kanallarından birinə müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

''Qarabağda doğulan ermənilərin pasportuna Azərbaycan yazılır'' - Ermənistan DİN -  VİDEO


Verdyan Sarqsyanın sülhə zidd fəaliyyətinə örnək kimi Serjin müxtəlif sülhməramlı missiyaları Ermənistandan qovduğunu göstərib:

"O sülhməramlı missiyaları qovurdu. Sarqsyan cinayətkardır. Serjin bütün addımları onun andiçməsinə, konstitusiyaya zidd idi. Hazırda da Ermənistandakı revanşist sistemin başında Sarqsyan dayanır. Onun cani şəbəkəsi imkan vermir ki, erməni xalqı sakitləşsin".

İşxan Verdyan müsahibəsində əlavə edib ki, Robert Köçəryanın da dövründə Ermənistan mediası insanları ancaq müharibəyə kökləyirdi. 

"Onların liderliyi dövründə pozitiv siqnal yox idi. Bu siyasət ona hesablanmışdı ki, Qafqazda heç vaxt sülh bərqərar olmasın.

Cənubi Qafqazda sülh istəməyən qüvvələrin havadarlarından danışsaq, deməliyəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə nifrət edirəm. Çünki Qarabağ münaqişəsini 10 dəqiqəyə həll etmək olardı. Onlar isə prosesi 30 ilə yaxın uzatdılar. 

Problemin kökünü ATƏT-də axtarmaq lazımdır",- deyə erməni fəal münasibət bildirib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO