Qərbi Azərbaycanla bağlı məsələ Haaqada — Beynəlxalq konfrans keçiriləcək 

Qərbi Azərbaycanla bağlı məsələ Haaqada — Beynəlxalq konfrans keçiriləcək 

Hazırda oxunan: Qərbi Azərbaycanla bağlı məsələ Haaqada — Beynəlxalq konfrans keçiriləcək 

159399

Oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri”  adlı beynəlxalq konfrans keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “demokrat.az”a tədbirin təşkilatçılarından biri olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayılov məlumat verib.  

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) “Nieuwspoort” Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq. 
Qeyd edək ki, sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli 19-23 oktyabr tarixində Niderlandda səfərdə olacaqlar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO