2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 90 milyard 812,5 milyon manat həcmdə ümumi daxili məhsul istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,0 faiz artıb.
ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8 948,8 manata bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:53 / 11.10.2023
Azərbaycanda iqtisadi artım 1%-ə yaxınlaşıb
Hazırda oxunan: Azərbaycanda iqtisadi artım 1%-ə yaxınlaşıb
Hazırda oxunan: Azərbaycanda iqtisadi artım 1%-ə yaxınlaşıb
159397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.