Şəkidə iki nəfər İTKİN DÜŞDÜ - FOTO 

Şəkidə iki nəfər İTKİN DÜŞDÜ - FOTO 

Hazırda oxunan: Şəkidə iki nəfər İTKİN DÜŞDÜ - FOTO 

159368

Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşüb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Belə ki, Şəki şəhər sakini, 53 yaşlı Xatirə Əliyeva iyulun 24-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Digər itkin düşən isə rayonun Orta Zəyzid kənd sakini, 32 yaşlı Tərlan Məsimovdur. Tərlan isə oktyabrın 7-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib.
Regional qrupdan itkin düşənlərin son çəkilən şəkilləri də təqdim edilib və onları görənlərdən və ya barələrində məlumatı olanlardan xahiş olunur ki, DİN-in "102”Xidməti-Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng edərək məlumat versinlər. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO