Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir? – SORĞU

Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir? – SORĞU

159343

Ölkə əhalisinin 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Türkiyənin sülh danışıqlarında iştirakına razılıq verəcək? – ÖZƏL AÇIQLAMA


Məlumatda deyilir ki, Mərkəz Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.  

Respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edilib. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.

Respondentlərin 18,3%-i əks mövqedən çıxış edərək sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib. 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.

Bununla yanaşı, ötən ay keçirilmiş sorğular zamanı yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamını ifadə edənlər ümumilikdə 53,1% təşkil edərkən, oktyabr ayı üzrə sorğularda sülhün əldə olunacağına ictimai inam yüksələrək 66,7%-ə bərabər olub.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO