İkinci dəfə ata olan İlkin: “Məni verilişlərə evdar kişi kimi çağırırlar” – VİDEO 

İkinci dəfə ata olan İlkin: “Məni verilişlərə evdar kişi kimi çağırırlar” – VİDEO 

Hazırda oxunan: İkinci dəfə ata olan İlkin: “Məni verilişlərə evdar kişi kimi çağırırlar” – VİDEO 

159333

“6-7 il bundan əvvəl verilişlərə sosial şəbəkələr haqqında danışmaq üçün ekspert kimi dəvət edirdilərsə, indi evdar kişi kimi çağırırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktyor İlkin Həsəni qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Ötən ay ikinci dəfə ata olan aktyor sevinc hisslərini bu sözlərlə dilə gətirib: 

“Hər yaşın öz mövzusu var. Biz də elə bir yaşa gəlmişik ki, mövzumuz övladlarımızdır. Keçən ayın 11-i bizim də ailəmizdə bir artım oldu. Yenidən bir sevinc hissi yaşadıq. Evimizə oğul payı qismət oldu. Valideyn olaraq çox xoşbəxtəm. Arzusunda olanlara da Allah övlad payı nəsib etsin”. 
Qeyd edək ki, influenser Aysel ilə evli olan İlkin Həsənin Rain adlı oğlan övladından başqa Alisa adlı qızı da var. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO