"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdardır".
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında deyib.
“Hazırda Azərbaycan BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının 4 məşhur qətnaməsi əsasında öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni və mənəvi irs obyektlərini, o cümlədən vandalizmə uğramış məscid, kilsə və məbədləri bərpa edir.
Azərbaycana bərpa işlərində, yenidənqurma layihələrində, minatəmizləmədə yardım və dəstək verən bütün ölkələrə minnətdarıq. Xüsusilə də qardaş Qazaxıstana Füzuli şəhərində tikilmiş Kurmanqazı Yaradıcılıq İnkişaf Mərkəzi ərməğanına görə dərin minnətdarlığımızı bildiririk”, - deyə Paşazadə bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:06 / 11.10.2023
Azərbaycan Qarabağda dağıdılan məscid, kilsə və məbədləri bərpa edir
Hazırda oxunan: Azərbaycan Qarabağda dağıdılan məscid, kilsə və məbədləri bərpa edir
Hazırda oxunan: Azərbaycan Qarabağda dağıdılan məscid, kilsə və məbədləri bərpa edir
159305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.