"Beşiktaş"dan Burak Yılmazla bağlı qərar

Hazırda oxunan: "Beşiktaş"dan Burak Yılmazla bağlı qərar

159299

Yeni baş məşqçi təyin olunana qədər "Beşiktaş"ı Burak Yılmaz çalışdıracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

"Bu gün klub prezidenti Ahmet Nur Çebi ilə görüşdən sonra köməkçi məşqçimiz Burak Yılmazın baş məşqçi vəzifəsini icra edəcəyi qərara alınıb. Klubun növbəti iclasına qədər bu vəzifədə məsul şəxs Burak Yılmazdır" - deyə açıqlamada bildirilib. 
Xatırladaq ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş bir neçə gün əvvəl istefa verib. 

Qeyd edək ki, Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmaz 2006-2008-ci illərdə və 2019-2020 mövsümündə "Beşiktaş"da çıxış edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO