Yığmamızın baş məşqçisi Canni de Byazi Albaniya mətbuatına açıqlamasında Azərbaycan millisindəki işini dəyərləndirib.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis bəzi problemlərlə üzləşdiklərini etiraf edib.
O, xüsusən də klubların əcnəbilərə üstünlük verməsindən şikayətlənib:
“Azərbaycan millisi ilə təcrübəm yaxşı gedir. Biz çox inkişaf edirik. Aydındır ki, yüksək səviyyəli futbolçuların azl olması ilə bağlı çətinliklərimiz var. Klubları əcnəbi futbolçularla dolu olan çempionatımız var. Bu, açıq-aydın millinin inkişafına mane olur”.
Qeyd edək ki, Canni de Byazi 2020-ci ildən Azərbaycan yığmasını çalışdırır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:13 / 10.10.2023
De Byazi klublardan şikayətləndi: “Əcnəbi futbolçular çoxdur”
Hazırda oxunan: De Byazi klublardan şikayətləndi: “Əcnəbi futbolçular çoxdur”
Hazırda oxunan: De Byazi klublardan şikayətləndi: “Əcnəbi futbolçular çoxdur”
159203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.