Rusiya gəmiləri Bakıda – YENİLƏNİB - FOTO/VİDEO   

Rusiya gəmiləri Bakıda – YENİLƏNİB - FOTO/VİDEO   

Hazırda oxunan: Rusiya gəmiləri Bakıda – YENİLƏNİB - FOTO/VİDEO   

159172

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb. 

Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb. 


*** 12:03

Rusiyanın "Tatarıstan" raket gəmisi Bakı limanına gəlib. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Dəniz Vağzalında Xəzər donanmasının gəmisinin təntənəli qarşılanma mərasimi olub. 

"Tatarıstan" raket gəmisinin Rusiya donanması gəmilərinin Xəzər dənizinin mərkəzi və cənub hissəsində illik reydi çərçivəsində Bakı limanına gəldiyi bildirilib. 







Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO