Nadir: “TikTok”da evlənib, orada boşanacaqsınızsa, evlənməyin – VİDEO 

Nadir: “TikTok”da evlənib, orada boşanacaqsınızsa, evlənməyin – VİDEO 

Hazırda oxunan: Nadir: “TikTok”da evlənib, orada boşanacaqsınızsa, evlənməyin – VİDEO 

159162

“Üç ay əvvəl bir cütlüyün məclisində iştirak etməklə bağlı dəvət gəldi. Sonra da toy sahibləri zəng vurub xəbər verdilər ki, toy olmayacaq, ailəmizdə rəhmətə gedən var. Bunlarda da belə səbəb gətirmək adət halını alıb. Demə ki, rəhmətə gedən yox imiş. Mənə sonradan xəbəb gəlib çıxdı ki, bəy və gəlin “TikTok” sosial şəbəkəsində dalaşıb və nişanı geri qaytarıblar. Cütlük orada tanış olub, orada da dalaşıb, ayrılıblar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” əyləncəli-musiqili verilişdə deyib. 

Sənətçi son günlər cəmiyyətin aktual məsələsi olan boşanmalardan söz açıb. Nadir bildirib ki, sosial şəbəkədə tanış olub, ailə quran cütlüklər sonradan elə orada da dalaşıb, boşanırlar: 

“Sosial şəbəkədə cütlüklər ailələrini dağıdırlar. Belə kiçik məsələlərə görə ailəni necə dağıtmaq olar? Mənə bu kimi şeylər çatmır. Mən həyat yoldaşım Sevinc xanımla “TikTok”da tanış olmamışam. Hələ ki hər şey yolundadır. Olur da, hamının problemi olur. Bir də görürsən ki, dözülməz olur, kaprizlər olur. Bu ailədir! “TikTok”, “Instagram” deyil!

Əgər övladlar varsa, ikinci arxasıyca üçüncü məsuliyyət gəlir. Çünki hər övlad bir məsuliyyətdir. Sən artıq özünə yox, övladlarına məxsussan. Sən artıq bütün həyatını övladlarına həsr etməlisən. Çünki övladlar sənə dəvətnamə verməyib ki, məni dünyaya gətir. Ortada əziyyəti övladlar çəkir. “TikTok”da evlənib, “TikTok”da boşanacaqsınızsa, ümumiyyətlə evlənməyin. Deməli, siz ailə qurmağa hazır deyilsiniz”. 

Müğənni ailələrin dağılmasında serialların da günahının olduğunu vurğulayıb: 

“Seriallara baxıb boşananlar var. Arvad ərinə deyir ki, seriallardakı kimi sən mənə səhər-səhər “aşkım” demədin. Sən niyə demədin? Mən atamın evinə getdim ”. 

Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman Əntiqə adlı xanımla ailə qurub. Müğənninin Əziz adlı daha bir övladı var. Əziz müğənni kimi fəaliyyət göstərir. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO