İsrail ordusu HƏMAS-ın 1707 hədəfini məhv etdi

İsrail ordusu HƏMAS-ın 1707 hədəfini məhv etdi

Hazırda oxunan: İsrail ordusu HƏMAS-ın 1707 hədəfini məhv etdi

159129

İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarının olduğu 1707 hədəfi məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.

Hərbi hədəflər və tunellər hava və dənizdən endirilən zərbələrlə məhv edilib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində 900-dən çox insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO