ABŞ-a köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ - VİDEO 

ABŞ-a köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ - VİDEO 

Hazırda oxunan: ABŞ-a köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ - VİDEO 

159121

Uzun zamandır həyat yoldaşı ilə ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu paylaşımı ilə diqqət çəkib.  

Bizim.Media xəbər verir ki, cütlük okeanın o tayında, Bruklində dumanlı payız günündə göl ətrafında gəzərək, sadə amerikalıların həyat tərzlərini müşahidə ediblər.  

Kadrlarda Elarizin qırmızı rəngli avtomobilinə yaxınlaşaraq, sükan arxasında əyləşməsi yer alıb. Həmin anları isə Məmmədoğlunun xanımı çəkərək, ərinin sosial şəbəkə hesabında izləyicilərlə paylaşıb.  

Müğənninin xanımı paylaşıma "Bruklində bir payız günü" şərhini yazıb.  
Kadrlarda Elarizin xanımının səsi gəlsə də, lakin özünü çəkmədiyindən onu görmək mümkün olmayıb. 

Qeyd edək ki, Elariz Məmmədoğlunun xanımı illər əvvəl "Green card" oynayaraq, Amerika xəyalını gerçəkləşdirib. Beləcə, cütlük ABŞ-a köçüb. Müğənnilik karyerasını davam etdirən Elariz orada azərbaycanlıların və yəhudilərin toy və ad günlərində iştirak edir.

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO