Müəllimlər Günündə şagirdlərdən pul yığılıb? - RƏSMİ AÇIQLAMA 

Müəllimlər Günündə şagirdlərdən pul yığılıb? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Müəllimlər Günündə şagirdlərdən pul yığılıb? - RƏSMİ AÇIQLAMA 

159071

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində ümumi təhsil müəssisələrində pul yığımı iddiası ilə ötən günlər ərzində Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə bir neçə vətəndaş müraciəti daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. 

Qeyd olunub ki, müraciət edən və qeyd olunan halın araşdırılmasını tələb edən vətəndaşların natamam məlumat təqdim etməsi səbəbindən müraciətlər qeydə alınmayıb: 

“Belə ki, vətəndaşlar bəzi hallarda özünü təqdim etmədən müraciətin araşdırılmasını tələb ediblər. Bu halda vətəndaşların Elm Və Təhsil Nazirliyinə vətəndaş müraciətləri üçün nəzərdə tutulmuş portal.edu.az platforması üzərindən müraciət etmələri tövsiyə olunub”, - deyə nazirlikdən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO